Bazar ertəsi, 20 May

"Putin güzəştə getməyə hazırdır" - Taker Karlson

image

“Rusiya prezidenti Vladimir Putin Ukrayna məsələsində ciddi kompromisə getməyə hazırdır”.

Xəbər verilir ki, bu fikri amerikalı jurnalist Taker Karlson Dubayda keçirilən Dünya Hökumət Sammitində çıxışı zamanı deyib.

O bildirib ki, Birləşmiş Ştatlar istisna olmaqla, istənilən ölkə liderinin işi Ukrayna və Rusiya arasında kompromis tapmağa kömək etməkdir.

“Buna belə deyilir: diplomatiya… Putin kompromis axtarmağa hazır olan liderlərlə həmfikirdir”, – deyə amerikalı jurnalist əlavə edib.

Karlson bildirib ki, o, müsahibədən sonra Rusiya lideri ilə qeyri-rəsmi müzakirə aparıb, lakin söhbətin məzmununu açıqlamayıb.

Www.azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41